Qəbələ

Qəbələ rayonu 8 sQebeleentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının inzibati            rayonlarından biri kimi yaradılmışdır. Respublkia ərazisinin 1/50 hissəsini                      təşgil edən Qəbələ rayonunun sahəsi 1550 km2 –dir. Qəbələ ərazisi ,,4” yanvar          1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən                  yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir. Rayonun adı 7 fevral 1991-ci ilə  qədər Qutqaşın, həmin tarixdən isə rayonun    qədim adı bərpa edilərək Qəbələ  adlandırılmışdır. Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60  kənd inzibati ərazi  dairəsi var. Bu yaşayış məntəqələri 60 İnzibati ərazi  nümayəndəliyi və 55 bələdiyyə  vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Qəbələ (Qutqaşın) 1959-cu ilə dək kənd, 1959-74-cü       illərdə qəsəbə və 1974-cü ilin mart ayının 15-dən şəhər statusuna malikdir. Okean     səviyyəsindən 900 m hündürlükdə, Dəmiraparan çayının sağ sahilində yerləşən         müassir, gündən-günə gözəlləşən Qəbələ şəhərinin əhalisi (01.01.2014-cü il tarixə)   99,838 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 225 km-dir.

Unikal təbii-iqlim şəraiti, dağ havası, mineral bulaqları, gur şəlaləri, iti axan dağ çayları, lacivərd landşaftı ilə seçilən, tarixi ,,İpək yolu”nun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları və onlarca digər tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekrasiya və turizm imkanlarına malikdir. Bununla yanaşı son illərdə xüsusi sektorda turist-istirahət komplekslərinin sayı sürətlə artmaqdadır. Qeyd etmək lazımdır ki, rayonda mövcud olan “Qafqaz Resort”. “Qafqaz Riverside”, “Qafqaz Sport” hotelləri, “Qəbələ”, “Karvan” otelləri, “Yengicə” istisu müalicə-sağlamlıq mərkəzi, “Xanlar”, “Çənlibel”,”Semerana”, “ Duyma”, “Yeddi gözəl”,”Sahil”, “Selbasar” istirahət mərkəzlərinə gələn qonaqların xoş istirahəti üçün hər cürə şərait yaradılmışdır.
Qəbələdə turizmin prespektiv inkişafı və bu istiqamətdə yerli kadralara getdikcə artan təlabatı nəzərə alınaraq rayon mərkəzində turizm və otelşunaslıq üzrə peşə təhsili mərkəzinin açılması üçün müvafiq hazırlıq tədbirləri görülür. və nahayət Ilahi Qəbələyə öz səxavətini əsirgəməmiş, ona əfsanəvi təbiət gözəlliyi, bol-bol sərvətlər bəxş etmişdir. Zəngin tarixli, özünəməxsus milli adət ənənələri ilə seçilən qonaqpərvər Qəbələlilərdə bu el-obanı gəzib-görmək istiyən hər bir xoş niyyətli insani qəlbaçıqlığı ilə mehman etməyə daim hazırdır!